Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş verib.
Məlumata görə, klinikanın baş həkimi Asiman Həsənov tutduğu vəzifədən öz ərizəsi ilə azad olunub. Modern.az xəbər verir ki, baş həkimin səlahiyyətləri azaldılıb və o, bununla razılaşmayıb.
Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova Teleqraf.com-a bildirib ki, baş həkimin tutduğu vəzifədən azad olunması xəbəri düzdür, təfərrüatlar barədə yaxın günlərdə rəsmi məlumat veriləcək.
İlhamə ƏBÜLFƏT