7 İyul 2014 16:03

Almaniya Kansleri Angela Merkel Çinə səfəri zamanı gəzinti üçün hazırlanmış Çin bayrağı rəsm edilmiş döş nişanı yerinə Türkiyə bayrağı nişanını seçib.

Almaniyalı jurnalist Robin Aleksandr Almaniya və Türkiyə döş nişanlarının şəkilini çəkərək öz tvitter hesabında paylaşıb və skandala səbəb olan bu olayı şərh edib.

Jurnalist fotonun altında yazıb: “Döş nişanlarının üzərinə yapışdırılan bayraqlar səhv seçilib”.

Qeyd edək ki, hadisəyə dünya ictimaiyyəti birmənalı yanaşmayıb. ABŞ-ın nüfuzlu “Haffinqton Post” xəbər saytı “Utandıran səhv: Merkelin qrupu Çin bayrağını tanımır” başlıqlı məqalə dərc edərək Merkeli sərt şəkildə tənqid edib.

/axar.az./


Müəllif:
Загрузка...