27 Yanvar 2017 12:48
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

ETSN tibbi-meteoroloji xəbərdarlıq da edib. Nazirlikdən bildirilib ki, yanvarın 28-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yolların buz bağlama ehtimalı var.

***

Yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsi qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub.

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.


Müəllif:

Oxşar xəbərlər