31 Yanvar 2017 10:32
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda fevral ayının 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir”.

Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün və sabah da davam edəcək: “Fevral ayının 2-si gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxt Bakıda və Abşeron yarımadasında da bu gün və sabah yağıntılı hava şəraiti müşahidə ediləcək, bəzi yerlərdə intensivləşəcək. Fevral ayının 2-də isə hava şəraiti yağmursuz olacaq”.

Direktor müavininin sözlərinə görə, bu gün müşahidə ediləcək havanın minimal temperaturu 0-4 dərəcə şaxta, günorta saatlarında isə arabir 0-2 dərəcə isti olacaq: “Bu gün səhər saatlarından etibarən ölkə ərazisində qar yağmağa başlayıb. Qarın gün ərzində yağacağı gözlənilir, bəzən intensivləşəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək”.


Müəllif:

Oxşar xəbərlər