“2 gün ərzində qarlı və şaxtalı hava şəraiti nəticəsində 42 nəfər qarda sürüşərək xəsarət alıb”.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, xəsarət alanlardan 38 nəfəri xəstəxanaya yerləşdirilib. Travmalar əsasən zədələnmələrlə bağlı olub: “Bu gün son 1 saat ərzində 4 nəfər artıq travma ilə Təcili Tibbi Yardıma müraciət edib. 2 gün ərzində qarda sürüşərək xəsarət alanlarla bağlı müraciətlərin sayında artım müşahidə edilib”.
İlhamə ƏBÜLFƏT