Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində saxlanılan 210 Azərbaycan vətəndaşı ilə bağlı yeni məlumat yayılıb.
Teleqraf.com Rusiyanın "Lifenews" telekanalına istinadən xəbər verir ki, Dərbənd polisi faktı təsdiq edib:
"Saxlanılanlardan 33 nəfər Rusiya ərazisinə qanunsuz girib, onlar həbs olunub. 172 nəfərin isə burada işləmək icazəsi olmayıb. Şəhər həbsxanasında yer olmadığı üçün onlar idman zallarından birində saxlanılıb".
Samir