18 Fevral 2017 14:53
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:56

Bu gün Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Baş naziri Binəli Yıldırım arasında görüş olub.

Bu barədə rəsmi "Azərtac" agentliyi məlumat yayıb.

***

14:53

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycanla

Türkiyənin Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və digər böyük layihələri uğurla həyata keçirdikləri, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Türkiyənin Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər