23 Fevral 2017 13:11
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi media orqanlarında Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini öz üzərinə götürməsi ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova aşıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini öz üzərinə götürməsi ilə bağlı yayılan xəbərlər yalnışdır: “Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz. Çünki Küveyt Beynəlxalq Olimpiya Komitəsi tərəfindən beynəlxalq yarışlarda iştirakdan uzaqlaşdırılıb”.

Səmayə Məmmədova qeyd edib ki, Azərbaycan Milli Olimpiya Komitəsi, idman qurumları belə tədbirləri BOK-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər