28 Fevral 2017 12:18
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2016-ci il imtahanda iştirak üçün ərizə verən 200 abituriyentin eyni e-mail ünvandan istifadə etməsini aşkarlamışdıq".

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Bu fakt bizə çox qəribə gəldi. Bunu araşdıranda məlum oldu ki, bu, hansısa internet klubun ünvanıdır. Yəni valideynlər yoldan keçərkən təsadüfən daxil olduqları internet klubda ərizəni doldurublar. Amma bu problemlər yaradır. Çünki e-mail başqa bir şəxsindir.

Yəni biz həmin abituriyentlərlə əlaqə saxlamağa çalışsaq, göndərdiyimiz məlumatı internet klubun sahibi oxuyacaq. Bunun səbəbi valideynlərin öz uşaqlarına etibar etməmələri və ərizə vermək qaydalarını özgə şəxslərə həvalə etmələridir. Bu isə doğru deyil. Valideynlərə müraciət edirəm ki, öz e-mail ünvanlarından istifadə etsinlər".

Məleykə Abbaszadə bu il ilk dəfə tətbiq ediləcək şəxsi kabinetlərdən də danışıb: “Şəxsi kabineti valideyn və abituriyentlər özləri yaratsınlar. Ali məktəbi bitirən və ya axırıncı kursda olanlar özləri şəxsi kabinetləri yaratmalıdırlar. Biz şəxsi kabinetlə əlaqə saxlayacağıq”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər