28 Fevral 2017 20:26
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.

Teleqraf.com xəbər verir ki, görüşdə 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, Pakistan prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıdığını bildirilib.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulanıb. Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra görüş geniş tərkibdə davam etdirilib.


Müəllif:

Oxşar xəbərlər