Bakıda itkin düşmüş məktəbli qız tapılıb.
Məktəblinin itkin düşməsi xəbərini Nərimanov rayon Polis İdarəsinə istinadla bu gün APA yayıb. Bildirilir ki, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.
202 saylı orta məktəbdən Teleqraf.com-a verilən məlumata görə, artıq məktəbli qız tapılıb: “Biz qızın anası ilə əlaqə saxlayıb, məlumat almaq istədik. Valideyni bildirdi ki, artıq qız tapılıb, onu axtarmağa ehtiyac yoxdur”.
İlhamə ƏBÜLFƏT