Teleqraf.com-un əməkdaşı baş nazirin müavini Abid Şərifovun xidməti telefonuna zəng vurub.
Abid Şərifovun köməkçisi bildirib ki, yayılan xəbərlər həqiqəti əks elətdirmir: "Abid müəllim iş başındadır, onun səhhəti ilə bağlı yayılan xəbərlər yalandır".
***
Baş nazirin müavini Abid Şərifov səhhətində yaranmış problemlə əlaqədar İsraildədir.
APA-nın “newsru.co.il” saytına istinadən verdiyi məlumata görə, o, ürəyində yaranmış nasazlıqla əlaqədar ötən həftə xüsusi təyyarə reysi ilə İsrailə aparılıb və Hayfa şəhərinin Rambam xəstəxanasına yerləşdirilərək, təcili müalicəyə cəlb olunub.
Abid Şərifov xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.
Nərgiz CAVADZADƏ