9 Aprel 2017 10:17
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının Türkiyə konstitusiyasına əlavə və dəyişiklərə dair referendumda səsverməsi başlayıb.

Teleqraf.com-un məlumatına görə, səsvermə Türkiyənin Bakıdakı səfirliyində və Gəncə və Naxçıvanda yerləşən Baş konsulluqlarında keçirilir.

Səsvermə yerli vaxt ilə saat 21:00-da başa çatacaq.

Azərbaycanda səsvermə hüququna malik olan 6 mindən çox Türkiyə vətəndaşı yaşayır.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.

Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.


Müəllif:

Oxşar xəbərlər