10 Aprel 2017 16:49
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hesablama Palatası bir neçə dövlət qurumunda aparıdığı audit yoxlamalarında aşkarlanmış nöqsanlarla bağlı məlumat yayıb.

Teleqraf.om-un məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində maliyyə pozuntusu və nöqsanlar aşkarlayıb.

Bildirilir ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, nazirliyin fəaliyyətində 27 hal üzrə maliyyə nöqsanı aşkarlanıb.

Bunlardan 7-si (ümumi qurumlar üzrə 1,3 %-i) büdcə qanunvericiliyinin tələblərinə görə nöqsanlar, 4-ü (ümumi qurumlar üzrə 8,2%-i) əsaslı qoyuluşlar (tikinti) üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 1,1 %-i) dövlət əmlakı ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar, 9-u (ümumi qurumlar üzrə 15,1 %-i) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlar, 1-i (ümumi qurumlar üzrə 0,8 %-i) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələblərinə görə nöqsanlar, 5-i (ümumi qurumlar üzrə 73,5 %-i) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələblərinə görə nöqsanlardır.

Qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusundan 218 285,1 manat bərpa edilib. 4 nəfər ciddi xəbərdarlıq, 3 nəfərə isə xəbərdarlıq verilib.

Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətində də nöqsanlar aşkarlayıb.

Hesabat ilində aparılmış auditin nəticəsinə görə, Xarici İşlər Nazirliyində 21 fakt üzrə nöqsan aşkarlanıb. Bunlardan 6-sı (43,0 %) büdcə qanunvericiliyinin tələbləri, 8-i (16,2 %) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri, 2-si (31,4 %) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələbləri, 5-i (9,4 %) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlardır.

Görülən tədbirlər nəticəsində Xarici İşlər Nazirliyində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusu zamanı yol verilmiş məbləğin 44 207,3 manat bərpa edilib.

Hesablama Palatası tərəfindən "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) 2015-ci ildə aparılmış nəzarət tədbirinin nəticəsi olaraq həmin ildə 3,2 mln. manat, 2016-cı ildə isə (hesabatın dərc edildiyi tarixə) 2,475 mln. manat məbləğində vəsait dövlət büdcəsinə ödənilib. "APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının təşəbbüsü ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən təsdiq edilən və mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinə dövlət nəzarətinin artırılmasına yönəldilməsi nəzərdə tutulan yığımın tətbiqinə 2008-ci ildə başlanılan, yığım "LJ" kodu ilə IATA tərəfindən beynəlxalq satış sistemlərinə daxil edilərək bilet satışı zamanı tətbiq edilirmiş. 2009-cu ildə bu yığım dövlət rüsumu şəklində "Dövlət rüsumu haqqında" qanuna əlavə edilib.

IATA-nın administrasiyaya ünvanladığı məktubda göstərilib ki, müraciətlərə baxmayaraq administrasiyaya rüsum toplamaq üçün əlavə hesab açılmadığından rüsumun aviaşirkətlərdən yığılması və büdcəyə köçürülməsi müvəqqəti olaraq AZAL-a həvalə edilib. 2009-2015-ci illər ərzində toplanan rüsumdan administrasiyanın ehtiyacları (mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinə dövlət nəzarətinin artırılmasına, personalın hazırlığına və s.) üçün heç bir vəsait ayrılmayıb, həmin müddət ərzində administrasiya tərəfindən beynəlxalq sertifikatlara yiyələnməsi AZAL-ın vəsaiti hesabına həyata keçirilib, texniki yardım şəklində xərclərini hesablayan AZAL tərəfindən IATA rüsumu hesabına yığılan məbləğin köçürülməsi dayandırılıb.

Məktuba əsasən tətbiq edildiyi müddət ərzində yığılan rüsumun müvafiq məqsədlərə ayrılmaması və eyni zamanda administrasiyada tələb edilən ştat və vəsaitin yetərli olmaması IATA mütəxəssisləri ilə görüşlərdə dəfələrlə vurğulanıb, belə vəziyyətin davam edəcəyi təqdirdə rüsumun IATA tərəfindən ləğv ediləcəyi barədə aidiyyəti dövlət orqanlarına dəfələrlə xəbərdarlıq verilib. 2015-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (IKAO) tərəfindən keçirilmiş təkrar audit zamanı mülki aviasiya sahəsində beynəlxalq standartlara uyğunluq faizinin xeyli aşağı düşməsi aşkar edilib və yekun hesabatda bunun səbəblərindən biri kimi administrasiyada maliyyə və ştat çatışmazlığı göstərilib, həmin hesabat bütün beynəlxalq mülki aviasiya təşkilatları üçün açıq olduğundan IATA tərəfindən rüsumun ləğv edilə biləcəyi təhlükəsi barədə təkrar xəbərdarlıq edilib, 2015-ci ilin dekabr ayında isə IATA-dan rüsumun 2016-cı ilin yanvarın 1-dən ləğv ediləcəyi barədə məlumat daxil olub və həmin tarixdən etibarən beynəlxalq satış sistemlərində "LJ" kodu altında rüsum mövcud olmayıb.

"ASAN xidmət"in Hesablama Palatasına ünvanladığı məktubda bildirilib ki, ödənilən dövlət rüsumlarının müvafiq hissəsinin işçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması üçüm agentliyin ("ASAN xidmət" - red.) xəzinə hesabına köçürülüb, qalan hissəsi isə dövlət büdcəsinə ödənilib.

Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətində də nöqsanlar olub.


Bildirilir ki, hesabat ilində aparılmış auditin nəticəsinə görə, Xarici İşlər Nazirliyində 21 fakt üzrə nöqsan aşkarlanıb. Bunlardan 6-sı (43,0 %) büdcə qanunvericiliyinin tələbləri, 8-i (16,2 %) dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələbləri, 2-si (31,4 %) büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin tələbləri, 5-i (9,4 %) mühasibat uçotu və hesabatlılıq ilə bağlı qanunvericiliyin tələbləri ilə bağlı nöqsanlardır.

Palata tərəfindən görülən tədbirlər nəticəsində Xarici İşlər Nazirliyində qeyd olunan nöqsanlarla bağlı maliyyə pozuntusu zamanı yol verilmiş məbləğin 44 207,3 manat bərpa edilib.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.


Müəllif:

Oxşar xəbərlər