12 Aprel 2017 12:59
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bir din xadimi olaraq hər hansı məscidin sökülməsinə tərəfdar deyiləm”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakının "Sovetski" ərazisində iki məscidin sökülməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məscidlərin heç biri QMİ-də qeydiyyatdan keçməyib: "Mən heç o məscidlərin yerini də tanımıram. Söhbət ümumiyyətlə məscidlərin sökülməsindən gedirsə, əlbəttə, mən bunun tərəfdarı deyiləm.

Lakin bütün dünyada da qəbul olunub ki, xalq üçün əhəmiyyətli işlər görülərkən, məsələn, yol çəkilərkən və digər işlər həyata keçirilərkən məqsədli şəkildə, danışıqlar yolu ilə bu işlər həyata keçirilir. Mən bu haqda fikrimi aidiyyəti qurumlara da çatdırmışam".

Qeyd edək ki, "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi artıq sökülüb, "Hacı Cavad" məscidinin isə sökülməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər