Teleqraf.com xəbər verir ki, bu fikirləri teleaparıcı Hacı Nuran Hüseynov Leyla Əliyevanın doğum günü ilə əlaqədar instaqram səhifəsində yazıb.
O qeyd edib ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevanın haqqında çox yazmaq olar və doğum günü ilə bağlı təbriklər çox olacaq: “Mənimçün Leyla Əliyeva ilk növbədə xilaskar mələkdir. Leyla xanım, doğum gününüz mübarək, ürəkdən təbrik edirəm. Mənim kimi neçə-neçə insana ümid və qayğı, dəstək verdiyinizçün qarşınızda baş əyirəm. Siz gözəl əməllərinizlə sevilirsiniz... Böyük əməllər, böyük ürəyə sahib olmağınızdan xəbər verir... Arzu edirəm ki, o böyük ürəklə hələ uzun illər böyük işlər görməkdə davam edəsiniz və Allah hər şeyi gözəl ürəyinizə görə versin”.