5 İyul 2017 21:27
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən insan tələfatı təəssüf hissi doğurur.

Teleqraf.com xəbər verir ki, bunu iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna münasibət bildirən Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Bob Bləkman bildirib.

O, qeyd edib ki, dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir: "Ermənistan silahlı qüvvələri “təmas xətti” boyunca atəşi dayandırmalı və sülh danışıqlar üçün zəmin yaratmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər