Teleqraf.com xəbər verir ki, o, qızı ilə olan fotosunu instaqram hesabında paylaşaraq yazıb:
"Allahımdan yalnız bir duam, arzum, istəyim, yalvarışım var. Allah heç birimizi balalarımızla sınağa çəkməsin. Hamımız günahsız, heç nədən xəbərsiz Zəhra üçün ağlayırıq.
Bir həvəs üçün dünyaya uşaq gətirib, sonra onu çölə, zibilliyə, uşaq evlərinə atan analara nə deyək?! Körpələrimizi düşünəndə "Allah, dağıt bu dünyanı" deməyə belə dilim gəlmir. Amma biz belə hara gedirik? Belə düşünəndə çox qorxuram…"