9 İyul 2017 19:42
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü ilə bağlı Azərbaycanda tədbir keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Türkiyədə həyata keçirilməyə çalışılan hərbi çevriliş təşəbbüsünün ildönümündə TRT World ilə Araz Aslanlının sədri olduğu “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən birgə təşkil edilən masada 15 iyul FETÖ-cü hərbi çevriliş təşəbbüsünün mahiyyəti və FETÖ ilə mübarizə müzakirə olunacaq.

Tədbirə Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbəri Necdət Ünüvar və digər millət vəkili Ayşe Keşir gələcək.

Qeyd edək ki, 15 iyul 2016-cı ildə Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 246 nəfər ölüb, 2185 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər