Brüsseldə Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü başa çatıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Tiqran Balayan "Twitter" səhifəsində yazıb.
O, bildirib ki, nazirlərin görüşü yekunlaşıb. Ermənistanın XİN rəsmisi görüşün detalları barədə mətbuata açıqlama veriləcəyini bildirib.
22:10
Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti "Twitter" səhifəsində məlumat yayıb.
Qeyd edək ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub və həmsədrlərin iştirakı ilə keçirilir.
Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusudur.