22 İyul 2014 11:11
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk separatçılarının Malayziyaya təhvil verdiyi “qara qutular”da müdaxilə faktları aşkarlanmayıb.

Alınan məlumata görə, bunu Malayziya Milli Təhlükəsizlik Şurasının üzvü Mohd Sakri deyib.

M. Sakri qeyd edib ki, “qara qutular”da bəzi zədə izləri var, lakin vizual olaraq xarici müdaxilə faktlarına rast gəlinməyib.

Qeyd edək ki, ötən gün Donetsk separatçılarının lideri Aleksandr Boroda “qara qutu”ları yalnız Malayziya tərəfinə təhvil verəcəyini bildirib. Ukrayna tərəfi isə separatçıların “qara qutular”a müdaxilə etdiyini iddia edib.

/APA/


Müəllif: