Moldova Prezidenti İqor Dodon bu gün keçiridyi brifinqdə müdafiə nazirinin müavini Georgi Qalburanın istefasını tələb etdiyini bildirib.
Teleqraf.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, prezidentin qəzəblənməsinə qoyduğu qadağaya baxmayaraq Moldova hərbçilərinin Ukraynada keçirilən hərbi təlimlərdə iştirak etməsi səbəb olub.
“Nazir müavini Qalburanın istefasını, həmçinin hərbçilərin Ukraynaya göndərilməsi məsələsi ilə bağlı araşdırma aparılmasını, bu prosesdə iştirak edənlərin rütbələrinin aşağı salınmasını, yaxud rütbələrindən tamamilə məhrum edilmələrini tələb etmişəm”, – deyə Dodon bildirib.
Bundan başqa Dodon bildirib ki, onunla əvvəlcədən razılaşma olmadan ölkənin heç bir hərbçisi xaricdə keçirilən hərbi təlimlərdə iştiraka, təcrübə keçməyə, yaxud digər tədbirlərə göndərilə bilməməsinə dair sərəncam imzalayıb.
Qeyd edək ki, sentyabrın 6-da Moldova hökuməti Dodonun qadağasına baxmayaraq moldovalı hərbçilərin Ukraynada keçirilən “Rapid Trident-2017” hərbi təlimlərdə iştirakını təsdiqləyib.