Mixail Saakaşvili artıq Lvov şəhərindədir. Onu Lvovda şəhərin meri şəxsən qarşılayıb. Ukraynada Saakaşviliyə ciddi xalq dəstəyi var. O, ukraynalılara söz verib və verdiyi sözü sona qədər tutacaq.
Bu fikirləri Teleqraf.com-a Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Mixail Saakaşvilinin silahdaşı Azər Süleymanov bildirib.
A.Süleymanov deyib ki, hazırda Mixail Saakaşvili və tərəfdarları Lvovdan Kiyevə doğru hərəkət edirlər: “Onu Kiyevdə minlərlə insan qarşılayacaq. Saakaşvili Kiyevdə Maydana gedəcək və böyük ehtimalla orada mitinqlər başlayacaq. Mitinqdə indiki Ukrayna hökumətinin istefası tələb olunacaq”.
Azər Süleymanovla müsahibəni yaxın dəqiqələrdə Teleqraf.com-da izləyə bilərsiniz.