11 Sentyabr 2017 14:41
1 827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ölkəyə qayıdışına sərt reaksiya göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Saakaşvilinin bu addımını cinayət adlandırıb:

“Saakaşvili öz mövqeyini qorumaq üçün məhkəməyə müraciət edə bilərdi. Bunun əvəzində isə o, cinayət törətdi. Hazırda onun işi ilə lazımı orqanlar məşğul olurlar. Bu insidentdə siyasi məna axtarmaq lazım deyil”.

Qeyd edək ki, Ukrayna Prezidenti Petro Poroşenko iyulun 26-da ABŞ-da səfərdə olan Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərar qəbul edib. Bundan sonra sabiq qubernator Ukraynaya qayıdacağını elan edib. Dünən axşam saatlarında Saakaşvili Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.

Bununla əlaqədar Ukrayna Daxili İşlər Nazirliyi Saakaşviliyə qarşı cinayət işinin başlandığını bildirib.


Müəllif: Samir

Oxşar xəbərlər