Böyük Britaniyanın Baş naziri Tereza Mey Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa və ABŞ məsələləri üzrə naziri Alan Dunkan Bakıda İlham Əliyevlə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib:
“Bugünkü görüşdə biz İlham Əliyevlə ikitərəfli münasibətlər, siyasi və ticarət məsələlərini müzakirə etdik. Mən Prezident İlham Əliyevi Tereza Meyin onunla görüşmək niyyəti ilə bağlı məlumatlandırdım”.