Məsəl var... Deyirlər, ət yeyən quş dimdiyindən bəlli olar. İnsanların xarakterik cizgiləri də körpəlikdən milli-milli üzlərində öz əksini tapır. Bu gün “Bilik günü” ilə bağlı reportajda bunun bir daha şahidi oldum desəm, yanılmaram.
Birincilərin şəkillərini çəkdikcə təsvirlərlə yanaşı, bir də duyduğum bir hiss vardı. Bu incilər sabah kim olacaqlar? Üzlərindəki ifadə, davranış şəkilləri əslində çox şeydən xəbər verirdi. Ən əsası odur ki, hamısı məsum və günahsız idilər. Arzu edək ki, bugünün birinciləri sabah kim olmalarından asılı olmayaraq cəmiyyət üçün layiqli vətəndaşlar olsunlar.
Teleqraf.com 244 nömrəli tam orta məktəbdə “Birincilər”in ilk dərs günündən reportajı təqdim edir.