25 İyul 2014 15:00
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə qanlı döyüşlərin getdiyi bir vaxtda həm Qəzzada, həm də İsraildə olan kifayət qədər azərbaycanlı ailəsi və tələbələrin taleyi narahatlıq doğurur.

Son hadisələr İsraildə təcrübə keçən tələbələrin vaxtından əvvəl təcili olaraq Azərbaycana geri dönməsinə səbəb olub. İyulun 20-də Turizm İnstitutunun 24 nəfər 3-cü kurs tələbəsi İsraildən təcili vətənə təxliyyə olunublar. Onların qaldıqları otelin yanına bombaların düşməsi tələbələrin dəhşətli anlar yaşamasına səbəb olub.

Bakıya qayıdan tələbələrlə əlaqə saxlamaq istəsək də, onların çox qorxduğu, stress keçirmələri səbəbindən müsahibə verə bilməyəcəkləri barədə cavab aldıq.

Qəzzada yaşayan azərbaycanlı ailələrində vətənə qaytarılması ilə əlaqədar Azərbaycan hökuməti iş aparır.

/ANS/


Müəllif: