27 Sentyabr 2017 14:13
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən çox məhsul ixracat etdiyi 5 ölkə arasında İraq ön sıralarda gəlir. Üstəlik Şimali İraq Kürd Muxtariyyətinin enerji nəqli xətləri olduğu kimi, ixracat da Türkiyəyə bağlı vəziyyətdədir.

Teleqraf.com xəbər verir ki, Türkiyə faktiki olaraq Şimali İraq Kürd Muxtariyyətinə bütün qida növləri ixrac edir. Türkiyənin öz iradəsi və ya İraq dövlətinin Şimali İraqla bağlı atacağı addımlar reallaşarsa, bu, faktiki olaraq muxtariyyətdə ciddi təsirlərə səbəb olacaq. Əgər Ankara Şimali İraq Kürd Muxtariyyətinə ticarət sanksiyası tətbiq edərsə, bu da İraq-Türkiyə ticarət əlaqələrinə 7,6 milyard dollar zərər verə bilər.

Ankara kürd muxtariyyətinə iqtisadi sanksiyalar tətbiq edərsə, bu zaman Məsud Bərzaninin işləri yolunda getməyəcək. Çünki kürd muxtariyyətinə yumurta belə Türkiyədən ixrac edilir. Yumurta istehsalı belə olmayan kürd muxtariyyətinə həftədə 50 yük avtomobili yumurta Türkiyədən gedir.

Başmaqçı Toyuqçuluq Müəssisəsinin rəhbəri Nevzat Tezcan deyib ki, muxtariyyətin yumurta və toyuq əti ehtiyacını faktiki olaraq Türkiyə qarşılayır:

“Əgər Ankara ümumilikdə İraqa iqtisadi sanksiyalar tətbiq edərsə, bu bizim fəaliyyətimizdə ciddi problem yarada bilər. Ancaq söhbət kürd muxtariyyətinə tətbiq edilən sanksiyalardan gedirsə, bu halda həftədə 50 maşın yumurta müəssisəmizin fəaliyyətinə problem yaratmaz”.


Müəllif: Cavad

Oxşar xəbərlər