Qeyri- səlis məntiq nəzəriyysinin atası olan Lütfi Zadə ömrünün son günlərində səlis bir qərar verib, öz vətənində dəfn olunmağı istəyib.
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Lütfi Zadənin vida mərasimində deyib.
Nazirin sözlərinə görə, Lütfi Zadənin dünya elminə verdiyi tövfələr misilsizdir: “Bəşəriyyətin inkişafında onun kəşfləri inqilab yaradıb. Dünya elm tarixinə bir çox azərbaycanlı alimlər adı yazılıb. Lütfi Zadə də onlardan biridir. O, elmdə hər zaman bəşəriliyi əsas götürüb. Əminəm ki, bu gün Azərbaycanın orta və ali təhsil müəssisələrində yeni Lütfi Zadələr yetişir”.