Rza Zərrab Türkiyəyə ekstradisiya edilməlidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı ABŞ-da həbsdə olan Cənubi azərbaycanlı iş adamı haqda danışarkən deyib:
“Zərrab adlı bu çirkaba batmış adam ABŞ-ın qanunlarını pozdusa, orada cəzalanmalıdır. Buna kim etiraz edə bilər? Türkiyədə hansısa qanunu pozdusa, bizə verin, biz cəzalandıraq. ABŞ əlindəki bilgiləri Türkiyəyə verməlidir. Zərrab isə cəzası verildikdən sonra Türkiyə vətəndaşlığından çıxarılmalıdır”.