1 Avqust 2014 11:42
2 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu faciə başı bəlalı komandanlığın səhlənkarlığı nəticəsində baş verib”.

Bu fikirləri bu gün səhər cəbhə bölgəsində Azərbaycan ordusunun 11 əsgərinin şəhid olmasına münasibət bildirərkən, hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, burada faktiki olaraq düşmənin hücumu qarşısında acizlik göstərilib: “Həmin ərazidə əsgər çatışmazlığı olub. Ermənilər ön xətdəki əsgərləri sıradan çıxarandan sonra arxadakı postlara hücum ediblər və onları öldürüblər.

Müdafiə Nazirliyinin verdiyi xəbər tam yanlışdır, guya düşmən itki verərək geri çəkilib. Əgər düşmən itki veribsə, hanı onun meyitləri? Amma faktiki olaraq, bizim şəhid olan əsgərlərimiz var. Hələ nə qədər yaralanan əsgərlər də var. Sadəcə, başa düşə bilmirəm ki, onlar nə demək istəyir və niyə belə edirlər. Bizim kəşfiyyatımız, rabitəmiz harada yatırdı və nə düşünürdülər ki, bu boyda itki verdik”.

Ü.Cəfərov bildirib ki, Azərbaycan tərəfinin heç bir hücumundan söhbət gedə bilməz. Onun sözlərinə görə, sadəcə olaraq ermənilər boşluqdan istifadə ediblər: “Biz də edək də, niyə eləmirik? Bu hücum zamanı 11 nəfər əsgərin şəhid olduğunu deyirlər. Dünən də Gədəbəydə əsgərlər minaya düşüb, tələfatlar var, başqa məsələlər var. Belə olmaz axı. Heç bir gizli şey yoxdur. 1994-cü ildən bu yana hələ belə bir hadisə baş verməyib, mənim yadıma gəlmir. Belə hadisələr aktiv döyüş əməliyyatları zamanı olub. Amma atəşkəs dövründə bir gündə düşmənin 11 nəfər Azərbaycan əsgərini öldürməsi və geriyə çəkilməsi olmayıb. Müdafiə Nazirliyi məlumatında qeyd edir ki, təxribatın qarşısı alınıb. Təxribatın qarşısı alınıb ki, 11 nəfər itki var? Müharibənin qaydası var, hücum edən tərəf böyük itki verir. Əsgərlərimiz səngərdə olub, əgər ermənilər hücum edirsə, onları daha asan məhv etmək olar. Biz uşaq deyilik ki, nağıl danışalar. 11 nəfər şəhid vermək böyük bir faciədir”.

BƏXTİYAR


Müəllif: