Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı iddialarına sərt cavab verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan Türkiyənin İƏT-in dönəm rəhbəri olaraq məsələni yaxından təqib etdiklərini bildirib:
“Əgər belə bir addım atılsa, 15 gün ərzində İƏT liderlərinin İstanbulda təcili toplantısı keçiriləcək. Bu məsələ Türkiyə ilə İsrail arasında diplomatik əlaqələrin dayandırılmasına qədər gəlib çıxa bilər”.