“Strateji cəhətdən Rusiya üçün Azərbaycan Ermənistandan daha əhəmiyyətli ölkədir”.
Məlumata görə, bu açıqlama ilə rusiyalı hərbi ekspert Pavel Felqenhauer çıxış edib.
O, Rusiyanın Ukrayna hadisələri ilə əlaqədar olaraq Qafqaza daha az vaxt ayırdığını bildirib:
“Ermənistan-Azərbaycan sərhədində vəziyyət son dərəcə təhlükəli həddə gəlib. Görünür, Rusiyanın başı Ukraynada gedən hadisələrə o qədər qarışıb ki, Ermənistana diqqət etməyə vaxtı yoxdur. Bu gün Rusiya diqqətini ancaq Krım və Donbasa yönəldib. Bu səbəbdən onların Qafqazın inkişafına nə gücü, nə də imkanı var. Rusiya hər zaman müharibə edən ölkələrə silah satıb. Azərbaycanın da silah almaq üçün yetərincə pulu var. Rusiya Federasiyasının strategiyası baxımından o həm Azərbaycanı, həm də Ermənistanı silahlandırır. Çünki biz hər iki ölkəyə təsir etmək istəyirik. Bizə ayrıca Ermənistan maraqlı deyil, bütöv Qafqaz maraqlıdır”.
/publika.az/