1 Avqust 2014 20:24
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib.

Məlumata görə, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri səfər çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı və Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyin yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihənin həyata keçirilməsində iştirak edəcəklər. Layihəyə bu gün start verilib.

Azərbaycan jurnalistləri Heydər Əliyevin Tiflisdəki büstünü, sonra Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsini ziyarət ediblər. Sonra jurnalistlər Gürcüstanın idman və gənclərin işi üzrə naziri Levan Kipiani ilə görüşüblər. Görüşdə nazir Gürcüstan-Azərbaycan arasında olan dostluqdan, hər iki ölkənin idman nazirlikləri arasında həyata keçirəcəkləri bir sıra layihələrdən söhbət açıb.

4 gün davam edəcək səfər çərçivəsində Azərbaycan jurnalistləri Gürcüstanın mədəni-tarixi abidələri ilə tanış olacaq, ölkənin bir sıra görməli yerlərinə, eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinə səfər edəcəklər.

Layihəyə görə, Azərbaycan jurnalistlərinin Gürcüstan prezidenti ilə görüşü də gözlənilir.

“Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə avqustun 4-də başa çatacaq.

/APA/


Müəllif:

Oxşar xəbərlər