15 Dekabr 2017 12:15
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbəti plenar iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclasda 2013-cü il 13 avqust tarixində imzalanmış ”Azərbaycan Hökuməti və Rusiya Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur”, (Azərbaycan Respublikası) “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi” müzakirə edilib.

Bu haqda məlumat verən komitə sədri Ziyad Səmədzadə deyib ki, layihədə tikinti işlərinin maliyyə tərəfini Azərbaycan hökuməti həyata keçriir:

“Ancaq sonradan bu maliyyənin 50 %-ni Rusiya Azərbaycana qaytaracaq. Bundan başqa tikintini Azərbaycan həyata keçirsə də, ona Rusiya tərəfi nəzarət edəcək”.

Deputat Aydın Mirzazadə isə qeyd edib ki, layihədə rus rublu yox, Rusiya rublu ifadəsi yazılmalıdır. Onun sözlərinə görə, dünyada rus rublu anlayışı yoxdur”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər