2 Avqust 2014 10:53
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qəzza zolağında törətdiyi vəhşilik bütün dünya ölkələri tərəfindən tənqid olunur. Azsaylı “Həmas” döyüşçülərini zərərsizləşdirə bilməyən İsrail ordusu Qəzzanı bombalayaraq mülki əhalini qanına qəltan edir.


Məlumata görə, ABŞ-ın "Everything PR" saytı bu mövzuya məqalə həsr edib.

Sayt bildirir ki, bu dəfə İsrailin imicinə, doğrudan da, böyük zərbə dəydi, amma “digər bir məsələ ABŞ-ın apardığı riyakar siyasətdir”.

Yazıda deyilir ki, İsrail Qəzzadakı BMT məktəbini atəşə tutub 16 dinc fələstinlini öldürür. ABŞ bu vandalizm aktını sərt şəkildə tənqid edir. Amma cəmi bir gün sonra İsrail ordusuna əlavə hərbi sursat və pul yardımı ayırır.

Hollivudda ötən əsrin 1970-ci illərində İsrail tənqid də olunurdu, film də çəkilirdi. İndi isə ulduzlar susur. Mel Gibson yəhudiləri tənqid etdi, nəticədə dünyaşöhrətli aktyoru məhkəmələrdə, polisdə süründürdülər.

Bu yaxınlarda Penelopa Kruz da Qəzzada günahsız insanların qətlinə etiraz etdi. Nə baş verdisə, az sonra öz etirazına yumşaq tonda “izahlar” verməyə çalışdı. Aydındır, görünür, aktrisa yəhudi lobbisi tərəfindən güclü təzyiqə məruz qalıb.


Müəllif:

Oxşar xəbərlər