29 Dekabr 2017 14:05
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisi 2017-ci ildə uğurlu və səmərəli fəaliyyət göstərib.

Teleqraf.com xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov parlamentin payız sessiyasının başa çatması haqda danışarkən deyib.

Oqtay Əsədov bildirib ki, il ərzində Milli Məclisin 24 iclası keçirilib, 472 qanun və qərar qəbul edilib:

“Milli Məclıis prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici bazasını zənginləşdirib. Bu il ərzində Milli Məclisin deputatları beynəlxalq səfələrdə olublar. Bir sıra ölkələrdə prezident seçkilərini müşahidə ediblər. İl ərzində depuutatlar 150-dən çox xarici ölkədə səfərdə olub. 65 xarici dövlətin və beynəlxalq təşkilatın nümayəndələri Azərbaycana, Milli Məclisə gəliblər. Ümumilikdə onların sayı min nəfərdən çox olub”.

Çıxışının sonunda Oqtay Əsədov Azərbaycan prezidentini, birinci vitse-prezidenti, deputatları və jurnalistləri təbrik edib.


Müəllif: Cavad

Oxşar xəbərlər