Türkiyə ABŞ-a getməyi planlaşdıran vətəndaşlarına müraciət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Xəbərdarlıqda ABŞ-a getməyi planlaşdıran vətəndaşların bu fikirlərinə bir daha diqqət etmələri xahiş edilir:
“ABŞ-da yaşanan terror aktları və zorakılıq son zamanlar kəskin artıb. Terrorçular əsasən, insanların kütləvi toplaşdığı əraziləri hədəfə götürürlər. Ohaya universitet düşərgəsinə, Texasdakı Kilsəyə, Nyu Yorkdakı avtobus dayancağına və metroya edilən hücumlar bu tip hadisələrə misal göstərilə bilər.
Bundan başqa, ABŞ polisinin bu ölkəyə səfər edən türkləri saxta ittihamlarla həbs etməsi, FETÖ rəhbərini ekstradisiyadan imtinası bizə qarşı edilən haqsızlıqlardandır. Bu səbəbdən ABŞ-a səyahət edəcək vətəndaşlarımıza xəbərdarlıq edirik”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu gün yaydığı bəyanatda amerikalılara Türkiyəyə getməməklə bağlı xəbərdarlıq etmişdi.