ABŞ Prezident Administrasiyası Tel Əvivdəki səfirliyin Qüdsə köçürülməsi ilə bağlı plan hazırlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Nyu York Tayms” nəşri məlumat dərc edib.
Məlumatlara əsasən, köçürülmə 2019-cu ildə baş tutacaq. Plana əsasən, Qüdsdə yeni səfirlik binası inşa edilməyəcək. Bunun əvəzində Dövlət Departamenti Arnon rayonundakı konsulluq binasını səfirliyə təqdim edəcək.