Məşhurlar öz İnstaqram səhifələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar paylaşımlar edib.
Teleqraf.com xəbər verir ki, tanınmış simalar hər il olduğu kimi, bu il də faciəyə biganə qalmayıblar.
Müğənni Röya Ayxan foto paylaşaraq , “Öldük deyə dirildik” yazıb.
Faiq Ağayev də foto paylaşaraq “20 Yanvar Azərbaycan tarixinin zülmətli, qanlı səhifəsi” sözlərini yazıb.
Digər məşhurlardan Sevda Yəhyayeva,
Niyam Salami,
Rəqsanə İsmayılova,
Günay İbrahimli və başqaları da paylaşım faciə ilə bağlı paylaşımlar edib.