ABŞ Müdafiə naziri Ceyms Mettis “Zeytun budağı” əməliyyatı ilə bağlı sualları cavablandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyənin əməliyyatdan öncə ABŞ-ı xəbərdar etdiyini bildirib:
“Türkiyənin bəzi narahatlıqları var. Qırıcılar havalanmazdan öncə bizi xəbərdar etdilər. Məsələni birgə həll etməyə çalışırıq. Çıxış yolu tapacağıq”.
Qeyd edək ki, Türkiyə yanvarın 20-sində Afrin əməliyyatına başlayıb.