5 Avqust 2014 13:03
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümü ilə əlaqədar olaraq Aralıq dənizi sahillərinə - Təl-Əvivə istirahətə gedənlər neçə gündür vətənə qayıtmaqda çətinlik çəkir. Səfər edən azərbaycanlıların verdiyi məlumata görə, Təl-Əviv-Bakı reysində yaranan problemlə əlaqədar 3 gündən artıqdır Azərbaycana gələ bilmirlər. Məlumata görə, reyslərdə yaranan problemə səbəb kimi Qəzza zolağında vəziyyətin gərginləşməsi göstərilir.

Sonuncu dəfə HƏMAS–ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadası İsrail paytaxtına raket zərbələri endirdiklərini bildiriblər. Təl-Əvivdə yerləşən “Ben-Qurion” hava limanı M75 raketlərilə vurulub. Təhlükəsizlik səbəbindən bir çox dövlətlərin aviareys şirkətləri İsrailə uçuşları dayandırıblar. ABŞ tərəfindən də uçuşların dayandırılması İsrail əhalisinin etirazına səbəb olduğu üçün sonradan bu uçuşlar bərpa edilib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli bildirdi ki, Təl-Əvivdəki azərbaycanlıların və digər vətəndaşların ölkəyə gəlməsində heç bir problem yoxdur: “Vətəndaşlar biletini alıb, vətənə dönə bilərlər. Reyslərdə də heç bir problem yoxdur. Gecikmələr ola bilər, bu da təbiidir. Bütün reyslərdə baş verəcək hadisədir”.

AZAL Bakı-Təl-Əviv reysi ilə ilə həftədə 2 dəfə olmaqla çərşənbə və bazar günləri uçuşlar həyata keçirir.

Naibə


Müəllif:

Oxşar xəbərlər