Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında Türkiyənin öz istehsalı olan silahlardan istifadə etməsi dünya ölkələrinin diqqətindən yayınmayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, silahların uğuru bir çox ölkələrdə maraq yaradıb.
Bununla bağlı Türkiyə Böyük Millət Məclisinin deputatı Məhmət Ərdoğan açıqlama verib.
O bildirib ki, əməliyyatda istifadə olunan ÇNRA və Cirit raketləri yaxın 3 ildə 40 ölkəyə satılacaq.
Millət vəkili Türkiyənin bu satışdan 6,5 milyard türk lirəsi (3 milyard AZN) gəlir əldə edəcəyini bildirib.