Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" hərəkatı çərçivəsində daha 37 terrorçu öldürülüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri Baş qərargahı məlumat yayıb.
Bununla da, Afrin əməliyyatlarında öldürülən PKK terrorçularının sayı 484-ə çatıb.