Türkiyənin Afrində həyata keçirdiyi əməliyyata dəstək olaraq İstanbulda yürüş edən ülküçü qrupa atəş açılıb.
Teleqraf.com xəbər verir ki, silahlı hücum nəticəsində biri qadın və digəri azyaşlı olmaqla üç nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Atəş açan şəxsin həbsi üçün polis hərəkətə keçib.