PKK terror təşkilatının Suriya qolu sayılan YPG silahlıları Menbiçlə bağlı ABŞ-a güvənir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı ABŞ-ın “Nyu York Tayms” qəzetinin müxbiri Rob Nordland məlumat verib.
“Zeytun budağı” hərəkatını yaxından izləyən jurnalist YPG komandirlərindən birinin fikirlərini də jurnalda dərc edib. Terrorçunun sözlərinə görə:
“ABŞ Menbiçdə YPG-yə yardım edəcəyinə vəd verib. Biz onlara güvənirik”.
Nordland Afrindəki vəziyyətin Türkiyə ordusunun xeyrinə olduğunu bildirib:
“Türk ordusu Menbiçin 13 kilometrliyində yerləşib. Bu ərazi boşdur, yalnız yeni əkilmiş zeytun ağacları və bir neçə sığınacaq var. Türkiyə hücuma keçsə, asanlıqla bu ərazidə nəzarəti ələ alacaq”.