Türkiyə Silahlı Qüvvələrinə məxsus tankın Afrində vurulmasından sonra Ankara hərəkətə keçib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının rəhbəri Yusif Bəyazid məlumat verib.
O bildirib ki, tankı vuran raketin hansı ölkəyə aid olması ilə bağlı araşdırmalar başa çatmaq üzrədir:
“Araşdırmalar bitdikdən sonra məsələni BMT-də qaldıracağıq. Raketin NATO-ya üzv ölkələrdən birinə aid olduğunu düşünürük. Silahın hansı yolla terrorçuların əlinə keçməsini aydınlaşdırmalıyıq”.
Bəyazid NATO ölkələrinə də müraciət edib:
“Buradan bütün NATO ölkələrinə səslənirəm. Əgər silahı hər hansı biriniz vermisizsə, Türkiyə bu ölkələrin Suriyaya silah göndərməsini tamamilə qadağan edəcək”.