6 Avqust 2014 12:36
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Ermənistan ordusu yenə də Tovuzun Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini atəşə tutub

Teleqraf.com TTV-ə istinadən xəbər verir ki, düşmən cavab atəşi ilə susdurulub. Güllə səslərinə vərdiş edən Əlibəyli sakinləri deyir ki, onlar Azərbaycan Ordusuna güvənirlər. İnformasiya saytlarında kənddən bəzi ailələrin köçməsiylə bağlı yalan xəbərlərdən təəssüfləndiklərini deyən əlibəylilər bütün təxribatlara baxmayaraq evlərini tərk etməyəcəklərini bildirirlər.

Ədalət Rzayevin evi kəndin düşmən postlarına ən yaxın məsafədə yerləşən evlərindəndir. Onun həyətindən nəinki düşmən postları, hətta ermənilərin üz-bəüz mövqedəki kəndlərindəki evlər də görünür. Ədalət də bütün əlibəylilər kimi, kənddən ayrılmaq barədə şaiyələri qəzəblə qarşılayır. Beləliklə hər gecə atəşkəsin pozulduğu Əlibəylidə həyat öz axarıyla davam edir ...


Müəllif:

Oxşar xəbərlər