Prezident İlham Əliyev bu gün Ağdam rayonuna səfər edib.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, prezident rayonun Quzanlı qəsəbəsinə bitişik İmamqulubəyli kəndində məcburi köçkünlər üçün salınmış 650 nəfərlik yeni şəhərciyin açılışında iştirak edib.
Bundan başqa prezident Quzanlının mərkəzində yeni inşa olunmuş parkın, həmçinin, bir sıra iaşə obyektlərinin açılışına qatılıb.
***
Teleqraf.com-un başqa bir mənbədən əldə etdiyi məlumata görə isə, prezident İlham Əliyev daha sonra cəbhə xəttində xidmət edən hərbçilərlə görüşüb.
Quzanlıdan sonra prezident İlham Əliyev Ağdamın Əfətli kəndinə gedib. Məlumata görə, ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.
Səxavət