Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda jandarma qrupları tərəfindən PKK terror təşkilatının mövqeyinə tankla hücum zamanı 1 qadın terrorçu zərərsizləşdirilib.
Teleqraf.com "İhlas" xəbər agentliyinə istinadla xəbər verir ki, bölgədə çoxlu sayda silah-sursat və müvəqqəti yaşayış üçün lazımi ləvazimatlar aşkar olunub.
Hakkari Valiliyinin açıqlamasına görə, Şəmdinli rayonunun Çamtəpə Üs bölgəsində fevalın 6-da jandarma qruplarının kəşfiyyat xarakterli axtarışı nəticəsində Kaniraş bölgəsindəki terrorçular tankla atəşə tutulub. 3 gün sonra bölgədə axtarış zamanı zərərsizləşdirilən qadın terrorçunun cəsədi aşkarlandığı bildirilib. Həmçinin 2 ədəd AK-47 tipli kalaşnikov avtomatı və ona aid hissələr, eləcə də 2 ədəd bel çantası, 1 ədəd kamera, 2 yataq dəsti və yaşayış üçün lazımi müxtəlif ləvazimatların ələ keçirildiyi qeyd edilib. Hadisə ilə bağlı axtarış tədbirlərinin davam etdiyi vurğulanıb.